03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sənaye məhsulunun istehsalı artıb

12.02.2020

Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar ayında 4,2 milyard manatlıq və ya 2019-cu ilin müvafiq ayı ilə müqayisədə 2,1 faiz çox sənaye məhsulu istehsal edilib.
sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 16,6 faiz artıb.
Sənaye məhsulunun 68,4 faizi mədənçıxarma sektorunda, 26,4 faizi emal sektorunda, 4,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda neft hasilatı 3,8 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 21,1 faiz artıb.
Emal sektorunda kompüter, elektron və optik məhsulların istehsalı 2,2 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 89,8 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 82,8 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 72,8 faiz, geyim istehsalı 70,1 faiz, hazır metal məmulatlarının istehsalı 63,9 faiz, əczaçılıq məhsullarının istehsalı 60,0 faiz, mebel istehsalı 53,3 faiz, içkilərin istehsalı 40,8 faiz, kimya sənayesi məhsullarının istehsalı 40,5 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 38,8 faiz, tikinti materiallarının istehsalı 35,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 30,7 faiz, neft məhsullarının istehsalı 21,3 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 3,5 faiz, tütün məmulatlarının istehsalı 1,6 faiz, qida məhsullarının istehsalı 1,1 faiz artıb, toxuculuq sənayesi məhsullarının istehsalı 1,4 faiz, kağız və karton istehsalı 9,1 faiz, poliqrafiya məhsullarının istehsalı 30,3 faiz, elektrik avadanlıqlarının istehsalı 33,3 faiz, maşın və avadanlıqların istehsalı 44,0 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 59,7 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 6,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,0 faiz artıb.