04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kürdəmirdə “ASAN xidmət” işə başladı

12.02.2020

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmirdə "ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.
Dövlətimizin başçısı mərkəzin açılışını bildirən düyməni basıb.
Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəz barədə dövlətimizin başçısına məlumat veriblər.
Sonra Prezident İlham Əliyev "ASAN könüllüləri” ilə görüşüb.
Dövlətimizin başçısı görüşdə çıxış edib.
Sonda xatirə şəkli çəkdirilib.