05 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türk əsgərləri mühasirədə: Nazir əmr verdi

12.02.2020

İdlibdə dörd türk müşahidə məntəqəsi və iki hərbi mövqe Suriya rejim qüvvələrinin nəzarəti altına düşüb.
Bu sözləri "Assoşieyted Press”ə açıqlamasında Türkiyə Müdafiə naziri Hulusi Akar deyib.
Buna baxmayaraq, Akar bildirib ki, Türkiyə 12 müşahidə məntəqəsindən birini də tərk etməyəcək.
"Biz dəfələrlə demişik: ordan əsgərləri çıxarmayacağıq. Onlar öz missiyalarını davam etdirəcəklər!” – Akar bildirib.
Nazirin sözlərinə görə, türk əsgərlərinə Suriya ordusunun hücumu zamanı daha sərt cavab tədbirləri görmək əmri verilib.
Qeyd edək ki, ötən gün türk ordusunun endirdiyi cavab zərbəsi nəticəsində Suriya rejim qüvvələrinin daha 51 əsgəri məhv edilib.