05 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İran şəhərlərində yürüş keçirilir: Raketlər meydana çıxarıldı

11.02.2020

İranda 1979-cu il İslam İnqilabının 41 illiyi ilə əlaqədar kütləvi yürüş keçirilir.
Kütləvi yürüşə fevralın 1-dən start verilib. 10 gün davam edən yürüşün bu gün bitməsi nəzərdə tutulub.
Kütləvi yürüş demək olar ki, ölkənin bütün şəhərlərində, o cümlədən Tehran, Məşhəd və Təbrizdə də təşkil edilib.
Yürüş iştirakçıları İran bayraqları ilə bərabər Xomeyni və Xameneinin də portretlərini qaldırıblar.
İran hərbçiləri öz növbəsində küçələrə İran müdafiə sənayesinin son nailiyyətlərini, o cümlədən raket və bombaları da çıxarıblar.