05 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Baş həkim seçkiyə görə cəzalandırıldı

11.02.2020

Kürdəmir Rayon Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Eynulla Novruzov işçilərin təcili tibbi yardım maşını ilə səsverməyə getməsinə görə cəzalandırılıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirib ki, baş həkimə şiddətli töhmət verilib.
TƏBİB-dən qeyd olunub ki, quruma dəvət olunan baş həkim izahatında hava şəraitinin soyuq olduğuna görə, işçilərin seçkiyə getmələri üçün maşın ayrılmasını xahiş etdiklərini deyib:
"İstənilən halda, bu, qanun pozuntusudur və təcili yardım maşınlarından yalnız nəzərdə tutulmuş halda istifadə edilə bilər”.
Xatırladaq ki, sosial şəbəkələrdə həmin rayonda təcili yardım atomobilləri ərazidəki 57 saylı seçki dairəsinə aid olan seçki məntəqələrinə seçici daşıdığı iddiası ilə bağlı görüntülər yayılıb.