Ruhani:  “ABŞ İranın regiondakı əhəmiyyətini anlayır” 
    
                          
     
                         11.02.2020
 
    
                        "İran Silahlı Qüvvələrinin gücü bir neçə dəfə artıb. Mən buna görə ölkənin müdafiə sənayesinə təşəkkür edirəm”.  
Bunu İran Prezidenti Həsən Ruhani islam inqilabının 41-ci ildönümü münasibətilə keçirilən mitinqdə çıxışı zamanı deyib.
"ABŞ İranın gücünün, regionda oynadığı rolun nə qədər əhəmiyyətli olduğunu çox yaxşı anlayır. Bu gün İran Yaxın Şərq regionunun ən güclü ölkəsidir”, - deyə H. Ruhani qeyd edib.