05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Lukaşenkonun Qazaxıstan fikri ciddiləşir

11.02.2020

Belarusun "Belneftexim” konserni Qazaxıstanın KPO, NCOC, "Total”, "Tenqizşevroyl” şirkətləri ilə neft tədarükü barədə danışıqlar aparıb.
Bunu jurnalistlərə açıqlamasında Qazaxıstan Energetika naziri Nurlan Noqayev deyib. O, bunun üçün Qazaxıstana "Belneftexim”in nümayəndələrinin gəldiyini bildirib:
"Biz nümayəndə heyətinə Belarusa potensial neft tədürükü edə biləcək şirkətlərlə danışıqlar aparmağa kömək etdik. Nazirliyin məsuliyyət sferasına Qazaxıstandan Belarusa neft tədarükü haqqında müqavilə imzalanması daxildir. Əsas müqavilənin imzalanmasıdir. Qiymət kommersiya şərtləri çərçivəsində olacaq”.
Qeyd edək ki, Lukaşenko Rusiya neftindən aşağı keyfiyyətli və baha olması səbəbindən imtina etdiklərini və digər ölkələrdən, xüsusilə Qazaxıstandan neft tədarükü məsələsinə baxdıqlarını açıqlamışdı.