05 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyəli diplomatı qətlə yetirənlər EDAM EDİLƏCƏK

11.02.2020

İraqda türkiyəli diplomat Osman Kösə və iki iraqlının qətlə yetirilməsində təqsirləndirilən şəxslərin məhkəməsi başa çatıb.
CNN TÜRK-ün verdiyi xəbərə görə, bu barədə vəkil Birzo Said məlumat verib.
O bildirib ki, Ərbil Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxslərdən 2-si barədə edam hökmü çıxarılıb
Məhkəmənin hökmü ilə təqsirləndirilənlərdən bir nəfəri 1 il, yerdə qalan üç nəfər isə 2 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, türkiyəli diplomatlara hücum iyulun 17-də Ərbil restoranlarının birində baş verib. Nəticədə bir türkiyəli diplomat Osman Kösə və 2 iraqlı həlak olub.