04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kəskin qərarlarımızın şahidi olacaqsınız - MSK

10.02.2020

Mərkəzi Seçki Komissiyasının (MSK) Milli Məclisə seçkilərlə bağlı qaynar xəttinə ümumilikdə 280-ə yaxın müraciət daxil olub.
Bunu jurnalistərə açıqlamasında MSK-nın sədr müavini Rövzət Qasımov deyib.
Onun sözlərinə görə, müraciətlərin bir qismi texniki, sorğu xarakterli olub:
"MSK üçün araşdırma aparmağa səbəb olacaq müəyyən məlumatlar da var. Qaynar xəttə daxil olan məlumatlar rəsmi olmasa da, MSK bütün məlumatlara tam ciddiliyi ilə yanaşır. MSK-ya daxil olan hər xırda eyham belə ətraflı şəkildə araşdırılır. Yaxın günlərdə MSK-nın araşdırmalarının nəticələrinə adekvat, hətta kəskin addımların şahidi ola bilərsiniz”.
Sədr müavini qeyd edib ki, iddia olunan qanun pozuntuları araşdırılmalıdır:
"Bunlar öz təsdiqini tapdığı halda əmin olun ki, MSK kifayət qədər ciddi və kəskin addımlar atmağa hazırdır. Burada nəticələrin etibarsız sayılması, hətta cinayət kimi səciyyələndirilə bilən hallar aşkarlanarsa, MSK tərəfindən bununla bağlı müvafiq qurumlara müraciətlər ünvanlanacaq. Çünki MSK-nın ən ümdə məqsədi namizədlərin bərabər şərtlərlə bu seçki kampaniyasında iştirakı və səsvermə günü ədalətli rəqabət nəticəsində hər kəsin öz səsinə sahib olması idi”.