04 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Məşhur aşpazın anası həbs edildi

10.02.2020

İstanbul polisi Çapa Tibb fakültəsində bəzi həkimlərin pasiyentlərdən rüşvət tələb etməsi ilə bağlı əməliyyat keçirib.
Polisin apardığı araşdırma nəticəsində professor Məzhər Alp Bozbura adlı həkimin pasiyentlərin birindən əməliyyatınının vaxtını önə çəkmək üçün rüşvət aldığı məlum olub. Həkim xəstənin yaxınlarına İstanbuldakı Qapalıçarşı ticarət mərkəzindən brilyant aldırıb.
Polisin keçirdiyi əməliyyat nəticəsində Məzhər Alp Bozbura, Didəm Bozbura və başqa bir nəfər həkim saxlanılıb. Saxlanılanların ifadəsi alındıqdan sonra həbs ediliblər.
Həbs olunan Didəm Bozburanın Türkiyənin ən məşhur aşpazlarından olan, sosial şəbəkə fenomeni "Czn Burak” adı ilə tanınan Burak Özdəmirin anası olduğu bildirilir. Bişirdiyi yeməkləri fərqli üsullarla təqdim edən Burak Özdəmir sosial şəbəkələrdə həddən artıq məşhur şəxslərdən biridir.