04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qubaya 50 sm qar yağdı

10.02.2020

Qubanın Qrız kəndində mənfi 22, Xınalıqda isə mənfi 20 dərəcə temperatur qeydə alınıb.
Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən Azərtac-a bildiriblər ki, ən çox yağıntı Qubanın Xınalıq kəndində qeydə alınıb.
Burada qarın hündürlüyü 50 santimetrə çatıb. Qubanın Qrız kəndində qarın hündürlüyü 42, Xaltanda 20, Xızının Altıağac qəsəbəsində 28, Qubanın mərkəzində 15, Şabranda 3 , Qusarın Yasab kəndində isə 16 santimetr olub.