04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Binanın dam örtüyü uçdu - Bakıda

10.02.2020

Bakının Binəqədi və Nəsimi rayonlarında su çəni və dam örtüyü insanların həyatı üçün təhlükə yaradıb.
Dövran Media Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda, binanın damında su çəninin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Ərazidən keçən insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.
Xilasedicilər su çənini yerinə bərkidib və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.
Bundan başqa FHN-nin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nəsimi rayonunda binanın dam örtüyünün bir hissəsinin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Ərazidən keçən insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.
Xilasedicilər qopan hissəni yerinə bərkidib və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.