ABŞ Təhlükəsizlik  Şurasını kiçildir 
    
                          
     
                         09.02.2020
 
    
                        ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert Obrayen gələn həftə Milli Təhlükəsizlik Şurasının əməkdaşlarının ştatını əhəmiyyətli sayda azaldacaq.
Bu məlumatı CNN televiziyası öz mənbələrinə istinadən yayıb.
Qeyd edək ki, Obrayen bundan öncə ABŞ Milli Təhlükəsizlik Şurasının əməkdaşlarının sayının Buş dövründə 100, Obama dönəmində 236 nəfər təşkil etdiyini bildirərək, onu azaltmaq niyyətində olduqlarını söyləmişdi.