Türkiyə daha bir  şəhid verdi 
    
                          
     
                         08.02.2020
 
    
                        Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində apardığı antiterror əməliyyatında iştirak edən hərbçilərdən biri şəhid olub, dördü ağır yaralanıb.
Hadisə "Sülh çeşməsi” antiterror əməliyyatı bölgəsində baş verib.
Bildirilir ki, yol nəqliyyatı nəzarəti həyata keçirən hərbçilərin avtomobili aşaraq dərəyə yuvarlanıb və nəticədə 4 hərbiçi ağır yaralanıb, biri isə şəhid olub.
Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.