30 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tramp qisasa başladı

08.02.2020

ABŞ Prezidenti Donald Tramp  Konqresin Nümayəndələr Palatasında impiçmenti proseduru çərçivəsində ona qarşı ifadə vermiş ölkənin Avropa İttifaqı yanında daimi nümayəndəsi Qordon Sondlandı vəzifəsindən azad edib.
Bu barədə "The Washington Post” yazır.
"Prezident Qordon Sondlandı istefaya yollayıb. O, vəzifəsindən  kənarlaşdırılan (impiçment proseduru çərçivəsində-red) ikinci şahiddir”, - nəşr vurğulayıb.
Qeyd edək ki, daha öncə isə Donald Trampa qarşı ifadə vermiş Milli Təhlükəsizlik Şurasının polkovnik-leytenantı Aleksander Vindman da vəzifəsindən azad edilib. Eyni zamanda onun əkiz qardaşı, şurada polkovnik-leytenantı rütbəsində hüquqşünas işləyən Yegveni Vindman da işindən azad edilib.
Ağ Ev məsələ ilə bağlı rəsmi məlumat yaymayıb.