02 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əhaliyə hava XƏBƏRDARLIĞI

08.02.2020

Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinləri və şəhərimizin qonaqlarına xəbərdarlıq edib.
İcra Hakimiyyətindən bildirilib ki, gecədən başlayaraq hava kəskin dəyişəcək, fevralın 9-dan 10-u gündüzədək Bakıda və Abşeron yarımadasında güclü şimal küləyi əsəcək, sulu qar və qarın yağması, bəzi yerlərdə qarın intensiv yağacağı gözlənilir.
Havanın temperaturu aşağı enəcək, yolların buz bağlayacağı ehtimal olunur.
Bununla əlaqədar əhaliyə daha diqqətli olmaq, iri ağacların altında maşınları saxlamamaq, tikinti aparılan ərazilərdən kənar keçmək, yaşlı insanları və uşaqları küçədə nəzarətsiz buraxmamaq və digər təhlükəsizlik tədbirlərinə riayət etmək tövsiyə edilir.
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtın bütün idarə və təşkilatlarına hava şəraiti ilə bağlı xəbərdarlıqlar edilib, şəhərin Mənzil Kommunal Təsərrüfatı Departamentinin və digər qurumların xüsusi texnikası, qar təmizləyən nəqliyyat vasitələri hazır vəziyyətə gətirilib. Həmin günlərdə paytaxtın bütün kommunal və texniki xidmətləri gücləndirilmiş iş rejimində çalışacaqlar.