02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Daha bir nəfərin namizədliyi ləğv edildi

07.02.2020

86 saylı İsmayıllı seçki dairəsində namizədliyi qeydə alınan Şahəvələdov Məzahir Səfər oğlunun namizədliyi ləğv edilib.
Bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında müzakirə edilib.
Məsələ barədə MSK Katibi Arifə Muxtarova məlumat verib.
O bildirib ki, həmin dairənin sədri tərəfindən Şahəvələdov Məzahir Səfər oğlunun ikili vətəndaşlığının olması ilə bağlı MSK-ya müraciət edilib: "Tərəfimizdən yoxlamalar aparılıb və mürciətin doğruluğu sübut edilib”.
Daha sonra məsələ müzakirəyə qoyulub. Müzakirələr nəticəsində Şahəvələdov Məzahir Səfər oğlunun namizədliyi ləğv edilib.