01 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dünyanı zülmətdən xilas edən mühüm kəşf - FOTO

07.02.2020

Sudan elektrik enerjisi ala bilən generator hazırlanıb.
Dünyada elektrik enerjisi istehsalının bir çox yollarının olmasına baxmayaraq, alimlər bu üsulun planetdəki enerji böhranını aradan qaldırmağa kömək edəcəyini bildirib.

Təsəvvür edin ki, çətiriniz vasitəsilə telefonunuzu şarj edə bilər və ya çətirdən fənər kimi istifadə edərək qaranlıq yolu işıqlandıra bilərsiniz.

Tərtibatçılar tərkibi və istehsal texnologiyası bu günə qədər gizli saxlanılan xüsusi bir örtük yaradıblar.

Cihaz yalnız örtüklə təmin edilməsinə görə səmərəli sayılmır. Bu generatorun yaratdığı güc oxşar cihazların gücündən bir neçə min dəfə çoxdur.

Məlumata görə, bir damla su təxminən 100 LED lampa gücündədir.

Məsələn, 4 damcı su - 1500 LED lampa gücündə işıq verə biləcək.

Generatorun yaradıcılarından biri Xiao Çen Zeng bildirib ki, hər yağış damlasından daha çox elektrik enerjisi alındığına görə bu sistem daha effektlidir.

Tədqiqata rəhbərlik edən alim, professor Zuankay Van generatorun su dalğalarından, məsələn, su borularından elektrik enerjisi istehsal edə biləcəyini qeyd edib.

Tədqiqatçılar bildirib ki, su damcısı düşdükdə deyil, düşdükdən sonra yayıldığı anda ən güclü elektrik enerjisi verir. Belə ki, damcı alüminium elektroda toxunur və dövrəni bağlayır.

İxtiraçıların fikrincə, damcı rezistor, örtük isə kondensator rolunu oynayır.