01 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

SSRİ pasportu daşıyanlara müraciət

07.02.2020

Dövlət Miqrasiya xidmətinin rəisi Vüsal Hüseynov ölkə ərazisində keçmiş SSRİ pasportları əsasında yaşayan və ya vətəndaşlığını təsdiq edən heç bir sənədi olmayan şəxslərə müraciət edib.
Müraciət V.Hüseynovun rəsmi feysbuk səhifəsində yayımlanıb.
V. Hüseynov qeyd edib ki, Miqrasiya Xidmətinin fəaliyyət istiqamətlərindən biri də vətəndaşsızlıq hallarının aradan qaldırılmasıdır:
"Hazırda heç bir ölkənin vətəndaşlığına mənsub olmayan, ölkə ərazisində keçmiş SSRİ pasportları əsasında yaşayan və ya vətəndaşlığını təsdiq edən heç bir sənədi olmayan şəxslərin Xidmətə müraciət etməsini xahiş edirik. Ətrafınızda belə şəxslər varsa, tanıyırsınızsa onları məlumatlandıra və ya əlaqə vasitələrini bizə göndərə bilərsiz”.