02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Britaniyanın İrandakı səfiri Tehrana qayıtdı

07.02.2020

Böyük Britaniyanın İrandakı səfiri Rob Makari Tehrana qayıdıb.
Bu barədə britaniyalı diplomat sosial mediadakı hesabında qeyd edib. 
"Bu yaxınlarda Londondan Tehrana qayıtdım. Bu, bir müddət öncədən planlaşdırılan vacib bir səfər idi", - deyə səfir qeyd edib. O bildirib ki, ölkəsinə səfəri çərçivəsində Xarici İşlər naziri və digər yüksək vəzifəli şəxslərlə görüşüb.
Xatırladaq ki, britaniyalı səfir keçən ay Ukraynaya məxsus sərnişin təyyarəsinin Tehranda vurulmasından sonra keçirilən etiraz aksiyalarında iştirak etdiyi üçün İranda saxlanılmış, daha sonra İran XİN-in məsələyə müdaxiləsindən sonra azad edilmişdi.
Səfir Makari aksiyada iştirak etmədiyini, sadəcə qəza qurbanlarının yaxınlarının təşkil etdiyi anım mərasiminə qatıldığını bildirmiş, rəsmi London isə İranın adıçəkilən diplomatı həbs edərək diplomatik konvensiyaları pozduğunu bəyan etmişdi.
Hadisədən sonra İranın Xarici İşlər Nazirliyi 2018-ci ildən bəri bu postda çalışan Rob Makarini çağıraraq, ona xəbərdarlıq etmişdi.
Səfir Londona döndükdən sonra onun Tehrana qayıtmayacağı gözlənilirdi.