02 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dilqəm Əsgərovun oğlu: Şuşaya getməyə hazıram!

07.02.2020

Şuşa həbsxanasında girov saxlanılan atam Dilqəm Əsgərovu ziyarət etməyə hazıram. Razılıq əldə olunarsa, tərəddüdsüz atamı Şuşada ziyarət edərəm.
Bu sözləri altı ilə yaxındır erməni girovluğunda olan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov "Azadlıq” radiosunun Ermənistan xidmətinin bir müddət öncə girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailə üzvlərinin onları həbsxanada ziyarət edə biləcəyi ilə bağlı yaydığı məlumatla bağlı danışarkən deyib.
K.Əsgərov bildirib ki, məlumat həqiqətdirsə və təxribat deyilsə, atasını Şuşada ziyarət etməyə hazırdır:
"Prezident İlham Əliyevin apardığı həm daxili, həm xarici siyasət nəticəsində inanıram ki, atam Dilqəm Əsgərov girovluqdan azad ediləcək və mənim də atamı orada ziyarət etməyimə ehtiyac qalmayacaq.
Bu məsələ ilə bağlı mətbuatdan və bu işlə məşğul olan dairələrdən məlumat əldə etmişik. Ermənistanın girovları ziyarət etməklə bağlı verdiyi açıqlama reallıqdırsa və təxribat deyilsə, atamı ziyarət etməyə hazıram”.
K.Əsgərov bildirib ki, uzun fasilədən sonra bu ilin ilk ayında atasından məktub alıb:
"Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları sonuncu dəfə yanvar ayında bizə məlumat veriblər. Onların dediyinə görə, atamın səhhətində elə də ciddi problem yoxdur. Yanvarda atamdan qısa məktub da almışıq. Məktubda elə də çox söz yazmayıb. Sadəcə hər kəsə salamını çatdırıb və qeyd edib ki, narahat olmayaq”.
Xatırladaq ki, "Azadlıq” radiosunun Ermənistan xidməti İrəvanın girov saxladığı Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailə üzvlərinin onları həbsxanada ziyarət edə biləcəyi barədə məlumat yayıb.