Lavrov 9 il sonra bu  ölkəyə getdi 
    
                          
     
                         07.02.2020
 
    
                        Rusiya Xarici İşlər naziri Sergey Lavrov Venesuelanın paytaxtı Karakasa gedib.
Bu məlumatı "RİA Novosti” agentliyi yayıb.
Məlumata görə, onu Karakasda Venesuela XİN rəhbəri Xorxe Arreas qarşılayıb. Lavrovun Karakasda Venesuela Prezidenti Nikolas Maduro ilə görüşəcəyi bildirilib.
Qeyd edək ki, Lavrov sonuncu dəfə Venesuelaya 2011-ci ildə gəlmişdi.