09 10 2025-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Şimali Koreya Cənubla danışıqlardan çıxa bilər - GƏRGİNLİK

18.05.2018

Şimali Koreya Cənubla birləşmək barədə dialoqları sonlandıra bilər.
"Dövran Media" "Chosun İlbo” nəşrinə istinadən xəbər verir ki, bu barədə Vətənin dinc yolla birləşdirilməsi üzrə Şimali Koreya Komitəsinin sədri Li Son Qvon bildirib.
Nəşr bu məlumatı Koreyanın mərkəzi Teleqraf agentliyinə istinadən verib.
"Şimal və Cənub arasındakı yüksək səviyyəli dialoqun dayandırılmasına gətirib çıxaran ciddi vəziyyət həll edilsə də Cənubi Koreyanın mövcud rejiminin nümayəndələri ilə üz-üzə oturmaq asan olmayacaq” – Qvon bildirib.
O həmçinin dialoqun gələcəyinin Koreya Respublikası hakimiyyətinin gələcək fəaliyyətindən asılı olduğunu da qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Şimali Koreya tərəfi Koreya Respublikası və ABŞ-ın birgə keçirdiyi hərbi təlimlərə etirazını bildirib.