01 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

3 yerə bölünən türk təyyarəsi: Pilotlar günahkardır?

06.02.2020

Dünən qəzaya düşən İzmir-İstanbul reysi üzrə hərəkət edən "Boinq 737-800” təyyarəsinin 2 pilotu haqqında cinayət işi açıla bilər.
Bu barədə Anadolu Baş Prokurorluğu məlumat yayıb.
Təyyarənin pilotları səhlənkarlıq edərək birdən çox insanın ölümünə və xəsarət almasına səbəb olmaqda ittiham olunur.
Pilotlar xəstəxanadan çıxdıqdan sonra ifadə vermək üçün polis bölməsinə aparılacaq.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ötən gün "Peqasus” aviaşirkətinə məxsus Boinq-737 təyyarəsi Sabiha Gökçən hava limanına sərt eniş edib, daha sonra isə uçuş zolağından çıxaraq torpaq üstdə 40 metrə qədər sürünüb. Təyyarə 3 hissəyə parçalanıb və yanğın baş verib.
Qəza nəticəsində 3 nəfər ölüb, 179 nəfər yaralanıb.