İtaliyada sürət qatarı relsdən çıxdı  - ölənlər var 
    
                          
     
                         06.02.2020
 
    
                        İtaliyada Milan-Bolonya reysi ilə hərəkət edən sürət qatarı relsdən çıxıb.
Xəbər verildiyi kimi, hadisə nəticəsində iki maşinist həlak olub. 30 sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb.
Qeyd olunur ki, qatarın 2 vaqonu relsdən çıxıb. Hadisə yerinə xilasedicilər cəlb edilib.
Sürət dəmir yolu ilə qatarların hərəkəti dayandırılıb, qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.