04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyadan ən çox pul keçirənlər azərbaycanlılardı

06.02.2020

Rusiyanın Novosibirsk vilayətində ötən il sərhəddən qanunsuz pul daşınması ilə bağlı 112 qanun pozuntusu aşkar edilib.
Rg.ru-nun xəbərinə görə, ərazidən qanunsuz pul keçirmək istəyənlər əsasən Azərbaycan, Tacikistan və Özbəkistan vətəndaşları olublar.
Bununla bağlı onlar barəsində inzibati cəza tətbiq edilib.
"Ekvivalent 10 000 dolları (17,000 AZN) keçirsə, sərnişin "Gömrük bəyannaməsi”ni doldurmalı və "qırmızı dəhliz”dən keçməlidir. Əks halda o, inzibati qaydada məsuliyyətə cəlb edilə bilər. Əgər məbləğ 30 000 dollardan (51,000 AZN) çox olarsa, onda həmin turist daha ağır şərtlərlə məsuliyyətə cəlb edilir”, - deyə Novosibirsk gömrüyünun təmsilçisi Tatyana Supjanova qeyd edib.
Bildirilir ki, Rusiyada fevralın 1-dən sərhəddən külli miqdarda pul keçirilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minib. Artıq 100 000 dollardan çox (170,000 AZN-dən çox) pul keçirmək üçün pulun qanuniliyini təsdiq edən sənəd təqdim etmək tələb olunur. Sənəd "Gömrük bəyannaməsi” ilə eyni vaxtda təqdim edilməlidir.