03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Virusla mübarizə aparan həkimlərin GÖRÜNTÜLƏRİ

06.02.2020

Çinin Uhan şəhərində koronavirusla mübarizə aparan həkim və aşağı tibbi personalın son görüntüləri dünyanı şoka salıb.
Koronavirusun episentri olan Uhanda həkimlər virusun yayılmasını dayandırmaq üçün gecə-gündüz dayanmadan işləyirlər.
Çinli həkimlərin məruz qaldığı üz yaraları, yorğunluq və halsızlıq yayılan fotolardan açıq şəkildə görünür.
Fotolarda həkim və tibb bacılarının koronavirusa məruz qalan xəstələri müalicə etmək üçün cəhdləri insanda fərəh hissi yaradır.
Uhandakı tibbi heyətin bu fəaliyyətinə dair sosial şəbəkələrdə yayılan fotolar baxış rekordu qırıb.
Yerli media Uhanda virusun ən çox təsir etdiyi digər şəhər Hubeidə tibbi personalın gecə-gündüz işlədiyini və sutka ərzində oturmadığını xüsusilə qeyd edir. Çin mediasına görə, həkim və tibbi personal gün ərzində ya yatmır, ya da xəstəxanada tapa bildikləri ərazidə az müddət uzanırlar. Hətta dəhlizdə, döşəmə üzərində qısa müddətə yatan həkimlərə də rast gəlinir.
"Vaşinqton Post” qəzeti qeyd edir ki, koronavirusla mübarizə aparan tibbi personal tualetə getməyə vaxtı olmadığı üçün böyük insanlar üçün nəzərdə tutulan bezdən istifadə edirlər.
Virusa yoluxmamaq üçün həkim komandalarının istifadə etdiyi xüsusi geyim və maskalar iş yükünü daha da çətinləşdirir. Bütün günü, bəzən sutkalarla çıxarılmayan maskalar, saatlarla əyinlərində qalan paltarlar həkimlərin üzündə, bədənlərində iz buraxmaqla yanaşı, yaralara da səbəb olur.