03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədə təyyarə qəzası - VİDEO

05.02.2020

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cavit Turhan İstanbul-İzmir sərnişin təyyarəsində baş verən qəza ilə bağlı açıqlama verib.
Nazir deyib ki, baş verən qəzaya səbəb təyyarənin uçuş zolağına qəfil eniş etməsi olub.
O bildirib ki, qəzada ağır yaralanan yoxdur. Bəzi sərnişinlər kömək olmadan sərbəst şəkildə təyyarədən çıxıb.
**
Türkiyədə sərnişin təyyarəsi uçuş zolağından çıxıb.
"Hürriyet"in istinadən verdiyi xəbərə görə, İzmir-İstanbul reysini həyata keçirən "Pegasus" Hava Yollarına məxsus sərnişin təyyarəsi Sabiha Gökçen hava limanına enərkən uçuş zolağında dayana bilməyib və yolun kənarına yuvarlanıb.
Hissələrə bölünən təyyarədə 171 sərnişin, 6 ekipaj üzvü olub, 21 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə xilasetmə qrupları cəlb edilib.
Qeyd edək ki, hadisə ilə bağlı Sabiha Gökçen hava limanına olan bütün uçuşlar İstanbul hava limanına yönləndirilib.