04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Koronavirusla bağlı - DST-dən daha bir açıqlama

05.02.2020

Yeni tip koronavirusun səbəb olduğu pnevmoniya epidemiyası hələlik pandemiya deyil. Epidemiya barəsində yanlış informasiyaya qarşı mübarizə hazırda onun profilaktikası və nəzarətdə saxlanması üçün böyük əhəmiyyət daşıyır.
Bunu Dünya Səhiyyə Təşkilatının (DST) pandemiya və endemik xəstəliklər departamentinin direktoru Silvi Brian Cenevrədə mətbuat konfransında söyləyib.
O vurğulayıb ki, DST-nin tərifinə görə, pandemiya xəstəliyin bütün dünyaya yayılması deməkdir. İndiki infeksiya ocağı pandemiya deyil, çünki hazırda yoluxma hallarının çoxu Xubey əyalətinin payına düşür.
DST departamentinin direktoru bildirib ki, Çin hökuməti epidemiyanın Xubey əyalətinin hüdudlarından kənarda yayılmasının qarşısını almaq üçün tədbirlər görür, ölənlərini sayını azaltmaq məqsədi ilə əyalətdə koronavirusa yoluxanların müalicəsi üçün xəstəxanaların tikintisinə başlayıb. Xubey əyalətinin hüdudlarından kənarda və digər ölkələrdə əsas strategiya epidemiyanın yayılmasının qarşısını almaq olmalıdır. DST hesab edir ki, bu strategiya səmərəlidir və məsləhət görür ki, başqa ölkələr də yoluxma hallarının aşkar edilməsi, yoluxanların təcrid edilməsi və onların müalicəsi istiqamətində tədbirlər görsünlər. Bundan əlavə, epidemiyanın yayılması riskini azaltmaq üçün yoluxanlarla sıx təmasda olan insanlar nəzarətdə saxlanmalı və təcrid edilməlidir.
S.Brian deyib: "Epidemiyanın profilaktikası və nəzarətdə saxlanması zamanı şayiələrə və yanlış informasiyaya qarşı mübarizə çox əhəmiyyətlidir”. Onun sözlərinə görə, şayiələr və yanlış informasiya epidemiyaya qarşı mübarizə səylərini heçə endirə bilər. Odur ki, bu problemin vaxtında yoluna qoyulması son dərəcə əhəmiyyətlidir.