04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Trampdan İrana: Ya çox axmaqsız, ya da çox qürurlu.

05.02.2020

ABŞ Yaxın Şərqdəki siyasəti ilə amerikalıların həyatını qorumağa və bölgədəki konfliktləri bitirməyə çalışır.
Bunu ABŞ Prezidenti Donald Tramp Konqresdə çıxışı zamanı deyib.
"Biz Amerika əsgərlərinin həyatını müdafiə etməklə məşğul oluruq. Çalışırıq ki, Amerikanın iştirakı ilə Yaxın Şərqdə olan müharibəni bitirək”, – deyə o bildirib.
Trampın sözlərinə görə, Amerikanın sərt sanksiyalarına görə İran iqtisadiyyatı çox pis vəziyyətdədir:
"Biz İran iqtisadiyyatını bərpa etməyə yardım edə bilərik, amma aydındır ki, onlar yardım xahiş etmirlər. Görünür, ya həddən artıq qürurlu, ya da həddən artıq axmaqdırlar. Görək onlar hansı yolu seçəcəklər. Bu, onlardan asılıdır”
Tramp Tehranın nüvə silahının hazırlanması cəhdlərini dayandırmasını istəyib:
"İran rejimi nüvə silahını əldə etmək cəhdlərindən imtina etməli, terror, ölüm və dağıntı yaymağı dayandırmalıdır”.