03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğandan açıqlama: Tərk etməyəcəyik...

04.02.2020

Türkiyə İdlibdəki öz müşahidə məntəqələrini tərk etmək niyyətində deyil, əksinə onları gücləndirəcək.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
"Bizim müşahidə məntəqələrimiz İdlibdə həyati əhəmiyyət daşıyır və orada qalacaq. Biz onların möhkəmləndirilməsi üçün bütün işləri görürük. Yeni müharibənin alovlanmasına və yeni qaçqın axınına imkan verməyəcəyik, bu barədə Rusiya tərəfini məlumatlandırmışıq”, - Ərdoğan bildirib.
Dünən baş vermiş insidentdən danışan Ərdoğan bunu qəsdən pozuntu kimi qiymətləndirib və bildirib ki, Türkiyə öz hərbçilərinin yerləşdirilməsi barədə Rusiyaya məlumat vermişdi.