03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Qəbələ” PSJ-nin yetirməsini transfer etdi

04.02.2020

"Qəbələ” klubu Fransanın PSJ komandasının yetirməsi Nikolas Rayseli transfer edib.
Bu barədə "Qəbələ” klubu məlumat yayıb.
Məlumata görə, 27 yaşlı hücumçu ilə 1,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2011-2013-cü illərdə Paris təmsilçisinin ikinci komandasında çıxış edən Raysel ardınca Sloveniyada "Çelye” (2013-2015), Belçikada "Union Sent Jiluaz” (2015-2017) klublarının formasını geyinib. 2017-ci ildə Belçikanın digər təmsilçisi "Ostende”yə keçən Nikolas 2018/2019-cu illər mövsümünü icarə əsasında "Rozelar”da çıxış edib. O, cari mövsümün ilk yarısında da "Ostende” formasını geyinib. 2014-cü ildə Sloveniya yığmasına cəlb olunan Raysel bu ölkənin U-21 millisində 1 matç keçirib və 1 qol vurub.