Güclü külək Daşkəsəndə fəsad törətdi   - FOTO 
    
                          
     
                         04.02.2020
 
    
                        					Daşkəsən rayonunda küləkli hava şəraiti bəzi fəsadlar törədib.
Report-un məlumatına görə, gecə saatlarından başlayaraq əsən güclü külək şəhər ərazisində bir neçə binanın dam örtüyünü qismən dağıdıb.
Eyni zamanda rayonun bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
Hazırda küləkli hava şəraiti davam edir.