03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ən dindar əhaliyə malik ölkələr - Azərbaycan neçəncidir?

04.02.2020

"Barem” və "WIN/Gallup International” dünya miqyasında 66 mindən çox insanın qatıldığı sorğu keçirib.
Xəbər verildiyi kimi, sorğuda insanların dindar olub-olmadıqları ilə bağlı suallar ünvanlanıb.
Siyahıda Azərbaycanın da adı var. Ölkəmizdə əhalinin 35%-i özünü dindar hesab edib, 64% dindar olmadığını bildirib. Ateist və cavabsız qalanlar isə 0% təşkil edib. Ölkəmiz bu nəticə ilə 53-cü yerdə qərarlaşıb.
Şimal qonşumuz Rusiyada 61% insan dindar olduğunu düşünür. Əks cəbhədə olanlar isə 23% təşkil edib. 7% ateist olduğunu etiraf edib, 9% isə cavabsız qalıb. Rusiya bu nəticə ilə siyahının 35-ci pilləsində yer alıb.
Türkiyədə 74% insan dindardır. 12% dindar olmadığını bildirib. Ateist 6% təşkil edib. 8% isə cavabsız qalıb. Bu nəticə ilə Türkiyə 23-cü yerdə qərarlaşıb.
Ermənistanda 92% insan özünü dindar sayıb. 4% əks mövqedə olduğunu deyib. 2% ateist olub, 1% isə suallara cavabsız qalıb. Ermənistan bu nəticə ilə siyahının 9-cu pilləsində yer alıb.
Siyahının ilk onluğu belədir:

10. Fici

Dindar: 92%

Dindar olmayan: 6%

Ateist: 2%

Cavabsız: 0%

9. Ermənistan

Dindar: 92%

Dindar olmayan: 4%

Ateist: 2%

Cavabsız: 1%

8. Pakistan

Dindar: 93%

Dindar olmayan: 5%

Ateist: 1%

Cavabsız: 1%

7. Kosova

Dindar: 94%

Dindar olmayan: 3%

Ateist: 0%

Cavabsız: 3%

6. Fildişi Sahili

Dindar: 94%

Dindar olmayan: 6%

Ateist: 0%

Cavabsız: 0%

5. Papua Yeni Qvineya

Dindar: 94%

Dindar olmayan: 5%

Ateist: 0%

Cavabsız: 1%

4. Hindistan

Dindar: 94%

Dindar olmayan: 3%

Ateist: 2%

Cavabsız: 1%

3. Qana

Dindar: 94%

Dindar olmayan: 1%

Ateist: 0%

Cavabsız: 5%

2. Nigeriya

Dindar: 97%

Dindar olmayan: 2%

Ateist: 0%

Cavabsız: 1%

1.Tailand

Dindar: 98%

Dindar olmayan: 1%

Ateist: 1%

Cavabsız: 0%
/publika.az/