03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Uxanda ölümə qarşı möhtəşəm dirəniş - VİDEO

04.02.2020

Dünya mediasının "ruhlar şəhəri" kimi təqdim etdiyi Uxanda əhalinin gecə saatlarında bir-birinə dəstək göstərməsini əks etdirən görüntülər yayılıb.
Belə ki, karantində olan vətəndaşlar gecə saatlarında pəncərələrdən bir-birlərinə səslənərək mübarizəni davam etdirəcəklərini bildiriblər.
425 nəfərin ölümünə səbəb olan koronavirusun yayıldığı Uxan şəhərindəki sakinlər "Dirən, mübarizəyə davam et" şüarı səsləndiriblər.
Qeyd edək ki, Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 20 min 438 nəfərə, bu virus səbəbindən ölənlərin sayı isə 425 nəfərə çatıb.
Virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 23 mini ötüb. İndiyədək 632 nəfər sağalaraq xəstəxananı tərk edib, virusa yoluxanlardan təxminən 2 min 788 nəfərinin vəziyyəti ağır qiymətləndirilir.