03 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Vladimir Putin Polad Bülbüloğlunu təbrik edib

04.02.2020

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu 75 illik yubileyi münasibətilə təbrik edib.
Təbrik teleqramında deyilir: "Sizin 75 illik yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Siz uzun illərdir ki, dostluq əlaqələrinin inkişafına, ölkələrimiz və xalqlarımız arasında məhsuldar əməkdaşlığa mühüm töhfə verirsiniz. Əlbəttə, Rusiyada sizin bəstəkar, musiqiçi və artist kimi parlaq istedadınızı yüksək qiymətləndirir, ilhamverici yaradıcılığınızı qəlbən sevirlər”.
Rusiya Prezidenti Polad Bülbüloğluna cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və uğurlar arzulayıb.