05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türk polisindən ŞOK əməliyyat: Qulini öldürəcəkdilər, amma ... _VİDEO

03.02.2020

Türkiyə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları İstanbulda gücrü avtoritet Quram Çixladze və onun dəstəsinə qarşı əməliyyat keçirib.
Rusiya mafiya qruplaşmaları arasındakı hesablaşma ilə bağlı Türkiyəyə gəldikləri və hər hansı əməliyyata hazırlaşdıqlarını müəyyən edən polis onları izləməyə başlayıb.
Yanvarın 31-də İstanbulun Kağıthanə, Sarıyer və Qaziosmanpaşa rayonlarında həyata keçirilən əməliyyat nəticəsində 9 Azərbaycan, 5 Gürcüstan, 2 Ukrayna və 1 Rusiya vətəndaşı saxlanılıb. Saxlanılanların üzərindən 11 tapança, avtomat və 222 mərmi ələ keçirilib.
Saxlanılanların hədəfində azərbaycanlı qanuni oğru Lotu Qulinin olduğu bildirilib. Onların Lotu Qulini Rövşən Lənkəranskinin ölümündə günahlandırdığı və buna görə də onu cəzalandırmaq üçün İstanbula gəldikləri bildirilib.