05 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qonşuda koronavirus - 3 nəfər...

03.02.2020

Gürcüstanda üç pasiyent koronavirus şübhəsi ilə həkim nəzarətinə götürülüb.
Xəbər verildiyi kimi, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.
O deyib ki, ölkədə koronavirusa yoluxma halı qeydə alınmayıb.
Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterine Tikaradze öz növbəsində bildirib ki, ölkədə koronavirusla bağlı mübarizə üçün tələb olunan bütün resurslar var.
Nazirin sözlərinə görə, üç pasiyentlə bağlı analiz nümunələri Almaniyaya göndərilib və sabah yekun nəticələr məlum olacaq./report/