05 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Neftə tələbat azaldı - Dünya böhran ərəfəsində

03.02.2020

Çində koronavirusa görə neftə gündəlik tələbat 3 milyon barrel və ya 20% azalıb.
Xəbər verildiyi kimi, bu məlumatı "Blumberq” agentliyi yayıb. Məlumata görə, bu, 2008-ci il böhranından sonra neftə tələbatın ən çox azaldığı haldır.
Yaranan vəziyyətlə bağlı tezliklə "OPEK+” ölkələrinin fövqəladə iclasının çağırılması imkanlarının nəzərdən keçirildiyi bildirilib.
"Brent” neftinin dəyəri 20 yanvardan indiyə qədər 10% azalıb. Keçən həftə ərzində Çinə Latın Amerikası ölkələrindən neft məhsullarının tədarükü tam dayandırılıb, Qərbi Afrikadan da tədarük azalıb. Mənbələr Çinin neft emalı zavodlarında yaxın zamanlarda neft emalının 15-20% azalacağını bildiriblər. Çinin nəhəng "Sinopec” neft korporasiyası artıq indidən emalı 13-15% azaldıb.