07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dava: Təyyarə havaya qalxa bilmədi...

03.02.2020

Parisdən Moskvaya uçan Paris Hava Yolları aviaşirkətinə məxsus sərnişin təyyarəsi göyərtədəki problem səbəbindən 2 dəfə havaya qalxa bilməyib.
Bu barədə sərnişinlərdən biri Rusiya mətbuatına açıqlamasında deyib.
Onun sözlərinə görə, təyyarənin uçuş zolağına çıxmasından sonra sərnişinlər pilot kabinəsində qışqırıq səsləri eşidiblər. Daha sonra təyyarə terminala qayıdıb. Sərnişinlərə bildirilib ki, pilot kabinəsində dava olub, heyət üzvləri dəyişdiriləndən sonra uçuşa icazə veriləcək.
Heyət üzvlərinin dəyişməsindən sonra təyyarə havaya qalxsa da, salondakı soyuq hava səbəbindən yenidən yerə enməli olub.
"Salonda həddən artıq soyuq idi, illuminatorların hamısı donmuşdu. Oturmaq, nəfəs almaq mümkün deyildi”, - sərnişin deyib.
Daha sonra sərnişinləri başqa təyyarəyə keçirib Moskvaya yola salıblar.