07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğan Rusiyaya xəbərdarlıq etdi

03.02.2020

"Xüsusilə, Rusiyanın səlahiyyətli orqanlarına səslənirəm: bizim xitab edəcəyimiz siz deyilsiniz”.
Xəbər verildiyi kimi, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın İdlib şəhərində Bəşər Əsəd rejiminin türk əsgərlərinə hücumu haqqında danışarkən deyib.
Prezident Rusiyaya xəbərdarlıq edib ki, onlar Bəşər Əsəd rejimi ilə savaşa daxil olurlar: "Önümüzü kəsmək kimi bir durum müzakirə mövzusu belə olmasın. Generallarımız tez-tez əlaqə saxlayırlar. Bu görüşlərə istinadən əməliyyatlarımızı davam etdiririk”.
Qeyd edək ki, Bəşər Əsəd rejimi Türkiyə Silahlı Qüvvələrinin İdlibdəki mövqelərinə aviazərbələr endirib. Nəticədə 4 əsgər şəhid olub, 9-u yaralanıb.
Rusiya İdlibdə Bəşər Əsəd rejiminə dəstək verir.