07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sabiq prezident: Ukrayna 5 yerə bölünəcək

03.02.2020

Ukrayna dağılacaq, yerində 5 yeni ölkə yaranacaq.
Xəbər verildiyi kimi, bu iddia Ukrayna mediasında Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili tərəfindən səsləndirilib.
O, Ukrayna hökumətinin siyasi sistemini, ölkənin ərazii bütövlüyü və suverenliyinə zərər gəlməyəcək formada düzəltməyin vacibliyini vurğulayıb.
Ölkənin müxtəlif bölgələrindəki yerli oliqarxların öz ordularını qurduqlarını qeyd edən sabiq dövlət başçısı bu şəxslərin asanlıqla vəzifədən getməyəcəyini, Ukraynanı 5 Ukraynaya çevirmək üçün hazırlaşdıqlarını dilə gətirib.
Qeyd edək ki, Mixail Saakaşvili 2004-2013-cü illərdə 2 dövr Gürcüstan prezidenti olub. 2015-ci ildə Ukraynanın Odessa qubernatoru seçilib. Bundan sonra Gürcüstan vətəndaşlığından çıxarılıb. 2017-ci ildə Ukrayna pasportu əlindən alınıb və ölkədən deportasiya edilib. 2019-cu ildə Vladimir Zelenskinin prezident seçilməsindən sonra Ukraynada Saakaşvilinin vətəndaşlığının ləğv olunmasına dair verilən qərar geri götürülüb.