08 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədə baş verən zəlzələdəki işıqlanmanın sirri

03.02.2020

Bir neçə gün öncə Türkiyənin Elazığ şəhərində 6,8 bal gücündə baş verən zəlzələ zamanı meydana gələn güclü, parlaq işıqlar müxtəlif mülahizələrə səbəb olub.
Xəbər verildiyi kimi, məsələ ilə bağlı açıqlama verən Türkiyənin Doqquz Sentyabr Universitetinin Zəlzələ Araşdırmaları Mərkəzinin rəhbəri, professor Həsən Sözbilir həmin işıqlanmanın qayaların bir-birinə zəlzələ zamanı sürtünməsi nəticəsində əmələ gəldiyini deyib.
O bildirib ki, bu işıqlanmanın səbəbləri 2000-ci illərdən araşdırılır:
"Daha əvvəl qazların yerdən qalxdığı və suyun üzündə yandığı deyilirdi. Son araşdırmalarda isə bunu tam fərqli şəkildə şərh etdilər. Zəlzələ zamanı qayalar bir-birinə güclü şəkildə toxunur və elektrik sahəsi yaranır. Xüsusilə, kvars maddə olan qayalar işığı daha güclü əks etdirir”.
Qeyd edək ki, qardaş ölkənin Elazığ və Malatya şəhərlərində baş verən güclü zəlzələ ciddi tələfata və dağıntılara yol açmışdı.