09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İŞİD Messi və Ronaldunu ölümlə HƏDƏLƏDİ

17.05.2018

İŞİD Messi və Ronaldunu ölümlə hədələyib.
"Dövran Media" xarici KİV-ə əsasən xəbər verir ki, Rusiyada keçiriləcək " Futbol üzrə Dünya çempionatı” səbəbilə İŞİD terror təşkilatı tez- tez hədələyici mesajlardan istifadə edir. Bu dəfə onların hədəfi dünyanın ən güclü iki futbolçusu- Leonel Messi və Kriştianu Ronaldu olub.
İŞİD nəşr etdirdiyi bəyannamə və fotoşəkillərlə çempionatı hədəfə aldığını açıq-aşkar nümayiş etdirir.
Terror təşkilatı bu dəfə iki ulduz futbolçunun stadionda başlarının kəsilərək öldürüləcəyi ilə bağlı fotoşəkili yayımlayıb. Bundan başqa Messinin ağlayarkən gözündən qan töküldüyü foto da izləyiciləri dəhşətə gətirib.
Məlumatlarda qeyd edilir ki, burada da əsas hədəf  Rusiyanın prezidenti Vladimir Putindir. Suriyada baş verən hadisələrlə bağlı terroristlər tərəfindən tez-tez  Putinin təhdid edildiyi vurğulanıb.