04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Facebook” statusuna görə HƏBS

01.02.2020

Kosovoda yaşayan iranlı qadın İqbalə Xudati "Facebook” səhifəsində general Qasım Süleymaninin öldürülməsi ilə əlaqədar ABŞ əleyhinə ifadələrin yer aldığı status paylaşdığı üçün həbs edilib.

Bununla əlaqədar Kosovonun Böyük Britaniyadakı səfirliyinin binası qarşısında mitinq keçirilib. Britaniyada fəaliyyət göstərən, insan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatların dəstəyi ilə keçirilən mitinqin iştirakçıları İ.Xudatinin həbsdən buraxılmasını tələb ediblər. Aksiya iştirakçıları bildiriblər ki, üç uşaq anası olan iranlı qadının sosial şəbəkədə yazdığı statusa görə həbs edilməsi insan hüquqlarının pozulmasıdır.
Xatırladaq ki, iranlı qadın Kosovoda terrorun təbliğində ittiham edilərək həbs olunub. Onu beş il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.