04 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Alper "Qarabağ"a gəlməkdən imtina edib

01.02.2020

Türkiyə milli komandasının futbolçusu Alper Potuk Azərbaycan çempionu "Qarabağ”a keçməkdən imtina edib.
 "Fənərbaxça”nın 29 yaşlı yarımmüdafiəçisi son vaxtlar heyətinə düşməkdə çətinlik çəkdiyi İstanbul klubunda qalmağa üstünlük verib.
Ağdam klubu ilə yanaşı, Super Liqanın digər təmsilçiləri "Rizəspor”, "Ankaragücü”, "Kasımpaşa”nın da heyətinə qatmaq istədiyi A.Potuk bu təklifləri qəbul etməyib. O, 2013-cü ildən geyindiyi sarı-lacivərdli formanı dəyişmək istəməyib.
Qeyd edək ki, "Fənərbaxça”ya qədər "Əskişəhərspor”da (2009-13) oynamış yarımmüdafiəçi 2012-ci ildən fasilələrlə çağırıldığı Türkiyə yığmasında 17 oyuna 1 qol vurub.