04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tokio-2020: Türkiyə millisinin rəqibləri məlumdur

01.02.2020

Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Olimpiya Oyunlarının voleybol turnirlərinin qrupları açıqlanıb.
Qrupların tərkibi FİVB reytinqinə əsasən müəyyənləşib.
Kişilərin yarışında Yaponiya, Polşa, İtaliya, Kanada, İran və Venesuela A qrupunda yer alıb. B qrupunda isə Braziliya, ABŞ, Rusiya, Argentina, Fransa və Tunis mübarizə aparacaq.
Qadınların turnirində Yaponiya, Serbiya, Braziliya, Cənubi Koreya, Dominikan Respublikası və Keniya A qrupuna düşüb. Çin, ABŞ, Rusiya, İtaliya, Argentina və Türkiyə isə B qrupunda qüvvəsini sınayacaq. Hər qrupda ilk 4 yeri tutan komandalar 1/4 finalda mübarizəni davam etdirəcək.
Qeyd edək ki, Olimpiya Oyunları iyulun 24-dən avqustun 9-dək keçiriləcək.