09 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Alimlər Bakıya toplaşdı: Rəsulzadə haqda konfrans

31.01.2020

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 136-cı ildönümünə həsr olunan "Məhəmməd Əmin Rəsulzadə irsi müstəqillik, demokratiya və dövlətçilik dəyərləri sistemində” mövzusunda beynəlxalq konfransın müstəqil Azərbaycanımızda, paytaxt Bakıda, xüsusən də Azərbaycan Tarix Muzeyində böyük alimlərin, ziyalıların və elm xadimlərinin iştirakı ilə keçirilməsi dövlətlə xalqın, hakimiyyətlə cəmiyyətin birlik və həmrəyliyinə böyük töhfədir.

Bu sözləri açıqlamasında sözügedən tədbirin Təşkilat Komitəsinin üzvü hüquqşünas Nicat Gözəlov deyib.

O, Azərbaycan adına bu şərəfli və möhtəşəm işin bir parçası olmaqdan qürur duyduğunu bildirib.

"Bir olsaq, həmrəy olsaq, çox hasarları sökərik, çox sərhədləri də geriyə çəkərik. Xüsusilə qeyd etmək lazımdır ki, konfransda Azərbaycanla yanaşı, Fransa, Türkiyə, Polşa, İran və Gürcüstandan bir çox tanınmış alimlər iştirak edir”, - Gözəlov deyib.

Hüquqşünas həmçinin KİV-lərin tədbirə marağını da yüksək qiymətləndirib.

Qeyd edək, "Borcumuzu qaytaraq. Məhəmməd Əmin Rəsulzadə ev muzeyi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans 30 yanvar tarixində öz işinə start verib. İki günlük beynəlxalq konfransda 10-a yaxın ölkənin araşdırmaçı alimləri iştirak edir.