08 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Koronavirus Türkiyəyə də yayılıb? - Açıqlama

31.01.2020

Türkiyədə koronavirusa yoluxma halı qeydə alınmayıb.
Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Koca Koronavirus Elmi Heyətinin iclasından sonra keçirdiyi mətbuat konfransında bildirib. 
Onun sözlərinə görə, 23 ölkədə ümumilikdə 9810 nəfərdə yoluxma halı olub: "Bu rəqəmin 99 faizi Çinə aiddir. Həyatını itirənlərin əksəriyyəti yaşı 65-dən yuxarı olan, xroniki xəstəliyi və immuniteti zəif olan insanlardır".

Nazir qeyd edib ki, bugünə qədər Türkiyə daxilində fərqli əyalətlərdən olan 68 nəfərdən analiz götürülüb: "İndiyə qədər Türkiyədə qəti olaraq bu virusa yoluxan hər hansı bir xəstəmiz yoxdur. Əgər olarsa, buna uyğun bütün hazırlıqlarımız yekunlaşıb. Türkiyə Hava Yolları məsuliyyətli addım ataraq fevralın 9-na qədər Çinə uçuşları dayandırıb. Biz  Türkiyə Cumhuriyyəti olaraq heç bir vətəndaşımızı sahibsiz qoymayacağıq. Bugünə qədər minlərlə vətəndaşımızı ölkəmizə gətirmişik. Uhan şəhərində yaşayan və heç bir şəkildə xəstəlik şübhəsi olmayan ətəndaşlarımız var. Biz tamamilə sağlam olan vətəndaşlarımız orada qoyub riskə ata bilmərik.
Lazımi diplomatik danışıqlar tamamlanandan sonra yaxın bir neçə saat ərzində Türkiyə Silahlı Qüvvələrinə məxsus "A400M" tipli təyyarəni təcili yardım təyyarəsinə çevirərək vətəndaşlarımızı gətirmək istəyirik.
Hazırda hərəkət etməyə hazırlaşan təyyarədə 21 infeksiya mütəxəssisi də olacaq. 7 Azərbaycan, 7 Gürcüstan və 1 Albaniya vətəndaşı da müayinələrdən sonra təyyarəyə buraxılacaq. Sərnişinləri xüsusi izolyasiya ilə gətiririk. Tibbi heyətimiz  hər sərnişini müayinə edəcək. Təyyarə eniş edəndə komandalarımız da daxil olmaqla 14 gün müşahidə altında saxlanılacaqlar. Xüsusilə, bu vətəndaşlar indiyə qədər istifadə olunmayan xəstəxanada qalacaqlar və həmin xəstəxana daha sonra da digər xəstələr üçün istifadə olunmayacaq.Buna görə xəstələrimizin heç biri ilə təmasda olunmayan bir proses olacaq".