09 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prokurorluğun əməkdaşları məsuliyyətə cəlb edildi

31.01.2020

Hərbi prokurorluğun 14 əməkdaşı barəsində tədbir görülüb.

Bu barədə bu gün Respublika Hərbi Prokurorluğunda ötən ilin yekunlarına dair keçirilən kollegiya iclasında Baş prokurorun müavini, Respublika hərbi prokuroru Xanlar Vəliyev deyib.

Bildirib ki, "Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar da ətraflı təhlil olunub.

İbtidai araşdırmanın aparılması, baş vermiş cinayət hadisələri nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi, dövlət ittihamının müdafiəsi ilə əlaqədar işin təşkilində yol verilmiş nöqsanlar və çatışmazlıqlar ciddi tənqid edilib, onların aradan qaldırılması üçün konkret göstərişlər verilib.

Qeyd olunub ki, 2019-cu ildə xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə 14 nəfər prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.